RU

Hacıqabulda “Kamaz” avtomobillə toqquşub, üç nəfər ölüb

Hacıqabul rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını “QAZ-2104” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Nizami kənd sakinləri - 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
66
17
report.az

10Источники