RU

İrəvan məhkəməsi arxiyepiskop Qalstanyanı həbs etdi

Baş nazir Nikol Paşinyanın açıq tənqidçilərindən biri olan Erməni Apostol Kilsəsinin arxiyepiskopu Bağrat Qalstanyan iki ay müddətinə həbs olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Ovanes Xudoyan məlumat verib.

“Məhkəmə istintaqın vəsatətini təmin etdi və arxiyepiskopun həbsinə qərar verdi”, – deyə Xudoyan bildirib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu da açıqlayıb.

Xatırladaq ki, bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı bir planın qarşısının alındığını bildirmişdi. Müxalifət isə bu iddiaları saxta və əsassız adlandıraraq istehza ilə qarşılamışdı.

Qalstanyanın digər müdafiəçisi Sergey Arutyunyan çərşənbə günü bildirib ki, arxiyepiskopa qarşı terrorizm, kütləvi iğtişaşların təşkili və hakimiyyətin zorla ələ keçirilməsi ittihamları irəli sürülüb. O, bu ittihamları “absurd” adlandırıb və məhkəmə prosesini siyasi sifarişli hesab etdiklərini bildirib.


Bizim.Media

Избранный
33
16
bizim.media

10Источники