Tovuz rayonunda dönərdən zəhərlənən şəxslər evə buraxılıb.
Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Say 36 nəfər olub. Onlara lazımı tibbi yardım göstərilib, stasionar nüalicəyə ehtiyac olmayıb. Gecənidə xəstəxanada qalan olmayıb. Zəhərlənən şəxslərə tibbi yardım göstərilib, daha sonra evə hissə-hissə evə buraxılıb." - deyə məlumatda qeyd olunur.
Onu da bildirək ki, zəhərlənən şəxslər "022 Dönər evi" adlanan dönərxanadan qidalanıblar. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən oradan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта