Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.
Tovuz rayon sakini 1998-ci il təvəllüdlü O. Mustafayev idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.