RU

“WhatsApp”a yeni funksiya gəlir – Artıq mesajlar…

“Meta” şirkəti “WhatsApp” üçün süni intellektə əsaslanan yeni funksiyanı istifadəyə verib.

NOCOMMENT.az xəbər verir ki, yeni xüsusiyyət istifadəçilərə çatlarda oxunmamış mesajların qısa xülasəsini görməyə imkan verəcək.

Yenilik sayəsində istifadəçi bir söhbətə daxil olduqda, süni intellekt həmin söhbətdəki oxunmamış mesajların əsas məzmununu avtomatik olaraq təqdim edəcək. Xülasə yalnız istifadəçiyə göstəriləcək və çatdakı digər şəxslər bu barədə məlumat sahibi olmayacaq.

Şirkət bildirir ki, bu funksiya “Meta AI” texnologiyası ilə hazırlanıb və məxfiliyi qorumaq üçün “Private Processing” texnologiyasından istifadə olunur. Bu texnologiya mesajların məxfiliyini təmin edir və nə “Meta”, nə də “WhatsApp” istifadəçilərin yazışmalarını oxumur.

Yeni funksiya ilkin mərhələdə yalnız ABŞ-da və ingilis dilində istifadəyə verilib. İl ərzində digər ölkələr və dillər üçün də əlçatan olacağı gözlənilir. İstifadəçilər funksiyanı “Settings > Chats > Private Processing” bölməsindən aktiv edə bilərlər.

Избранный
29
50
nocomment.az

10Источники