RU

Rüfət Abdullazadə Yunanıstana gedə bilər – özü açıqladı

Ötən günlərdə bizə açıqlama verən “Səbail”in mətbuat katibi Rəşad Məmmədov klubun müqavilə müddəti davam edən futbolçuları satmaqla maliyyə vəziyyətini düzəltmək istədiyini demişdi. Transferə çıxarılan futbolçular arasında Rüfət Abdullazadə də var.

“Football-plus.az” 24 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayıb:
“Kluba ölkə xaricindən də təkliflər gəlib, hələ ki dəyərləndirirlər. Mən legioner həyatı yaşamaq istəyirəm. Yaxşı təklif olacağı halda, xarici klubların birinə transfer olunacam. Yunanıstan və İsrail klublarından “Səbail”ə təkliflər var”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
20
1
football-plus.az

2Источники