“İnter” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hakan Klublararası Dünya Çempionatının “River Pleyt”lə (2:0) qrup mərhələsi matçında xəsarət alıb.
Türkiyəli futbolçu pley-offda “Fluminense” ilə görüşü buraxa bilər.