RU

Ərdoğanın əlindəki zərfin sirri AÇILDI

Ərdoğanın Trampa təqdim etdiyi zərflə bağlı yeni məlumatlar yayılıb.

News24.az xəbər verir ki, NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın keçmiş Prezidenti Donald Tramp arasında baş tutan 45 dəqiqəlik görüş geniş müzakirələrə səbəb olub. 

Görüş zamanı Ərdoğanın dizi üstə tutduğu ağ zərf sosial mediada diqqət çəkib və onun içində nə olduğu ilə bağlı fərziyyələr yaranıb. Görüşün əsas mövzularından biri Trampın NATO ölkələrinə yönəltdiyi müdafiə xərclərinin artırılması çağırışı olub. 

Əldə edilən razılaşmaya əsasən, NATO üzvü olan ölkələr ÜDM-lərinin 5 faizini müdafiə məqsədlərinə ayırmağa razılıq veriblər. Ərdoğan da bu çərçivədə Türkiyənin müdafiə büdcəsini 22,8 milyard dollardan 70 milyard dollara qədər artırmağı vəd edib.

Hazırda Türkiyə ÜDM-nin 2,09 faizini müdafiəyə ayırır. Yeni razılaşma ilə bu rəqəm əhəmiyyətli dərəcədə yüksələcək və ölkənin maliyyə yükü təxminən üçqat artacaq.

Görüş zamanı tərəflər arasında F-35 döyüş təyyarələri məsələsi də müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Türkiyə bu layihə üçün artıq 1 milyard 300 milyon dollar ödəmiş və Trampın da bu prosesin müsbət yöndə davam etdirilməsi niyyətində olduğunu müşahidə edib.

Sammitdə həmçinin qərara alınıb ki, 2026-cı il NATO sammiti məhz Türkiyədə baş tutacaq. Toplantının keçiriləcəyi şəhər isə daha sonra dəqiqləşdiriləcək.

Aqil

Избранный
62
30
news24.az

10Источники