Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Viral.az-a Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Son Yazılar:
- Dağda köməksiz qalan qadın xilas edildi
- Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb
- Məktəbdə transformator partladı, 29 nəfər öldü
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü şəxsin ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.