RU

“Loru" komandasının çempionluğunu əvvəldən hiss edirdim”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatı yüksək təşkilatçılıqla yadda qalıb. Çempionat boyunca həm idman mübarizəsi, həm də icmalar arasında həmrəylik nümayiş olunub.

Qərbi Azərbaycan İcmasının baş koordinatoru Faiq Kərimov 90deqiqe.Az-a verdiyi açıqlamada yarışın ümumi mənzərəsini belə dəyərləndirib:

“Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatı çox möhtəşəm təşkil olunmuşdu. Bu təşkilatçılığa görə Təşkilat Komitəsinə dərin minnətdarlığımı bildirirəm. Çempionatın keçirilməsi İcmalar arasında dostluğun, qardaşlığın, mehribanlığın və birliyin rəmzidir.”

Faiq Kərimov yarışda çıxış edən bütün komandaların əzmkar oyun sərgilədiyini, mütəşəkkil və peşəkar hazırlaşdıqlarını bildirib:

“Bu çempionata komandalar daha əzmli, daha hazırlıqlı və mütəşəkkil şəkildə çıxmışdılar. Hər biri çempionluğa layiq idi.”

O, xüsusilə "Loru" FK-nın çıxışına diqqət çəkərək, onların çempionat boyunca sərgilədikləri oyunla qələbəni haqq etdiklərini bildirib:

“Loru" komandasının çempion olmaq əzmini əvvəlcədən görürdüm və onları dəstəkləyirdim. Komandanın yaxşı hazırlığı öz nəticəsini verdi və çempionatın qalibi oldular. Təbrik edir, uğurlar arzulayıram.”

Qeyd edək ki, Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının final mərhələsində "Loru" FK, əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda "Amasiya" FK üzərində penaltilər seriyasında 4:3 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Избранный
62
90deqiqe.az

1Источники