İtaliyanın Kaorle şəhərində 15 yaşlı güləşçilər arasında təşkil olunan Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Azərbaycanın xanım güləşçilərindən biri finala yüksəlib.

Söhbət 66 kq çəki dərəcəsində yarışan Simurə Abdullayevadan gedir. Bütün rəqiblərini məğlub edən Simurə finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.

Yarımfinalda uduzan Leyla Əsgərova (39 kq) bürünc medal uğrunda güləşəcək.

Bundan başqa, Gülnar Ağadadaşova (42 kq), Məryəm Hacıyeva (46 kq), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kq), Məryəm Əmrəli (54 kq) və Rəna Nuriyeva (62 kq) təsəlliverici görüşdə iştirk hüququna yiyələniblər.

Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.