RU

Bakıdakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

***

Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.

Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək. 

Избранный
17
9
redaktor.az

7Источники