Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) 12 gün davam edən İrana qarşı“Yüksələn şir” adlı hərbi əməliyyatının yekunlarına dair hesabattəqdim edib.
Trend xəbər verirki, bu barədə “Times of Israel” məlumat yayılıb.
12 günlük döyüş əməliyyatları zamanı Hərbi Hava Qüvvələri İranərazisində 1500-dən çox aviareyd həyata keçirib.
Hesabata əsasən, əməliyyatın gedişində ümumilikdə İranda 900hədəf vurulub, 30-a yaxın yüksək rütbəli vəzifəli şəxszərərsizləşdirilib. Aviazərbələrin 370-i qırıcı təyyarələrlə,qalanları isə pilotsuz uçuş aparatları ilə (PUA) həyatakeçirilib.
Hava üstünlüyünə baxmayaraq, İsrail Müdafiə Qüvvələri (IDF)İranda səkkiz PUA itirib, lakin əvvəlcədən verilmiş proqnozlarınəksinə olaraq, heç bir qırıcı vurulmayıb.
Ordunun zərbələri nəticəsində hücuma məruz qalan ərazilərdəfəaliyyət göstərən təxminən 100 İran hava hücumundan müdafiəsistemindən 80-i məhv edilib və İranın ballistik raket hücumlarınıntəxminən 60 faizi zərərsizləşdirilib.