RU

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə gedib (FOTO)

Bakı. Trend:

Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbulşəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təliminiizləyib.

Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan OrdusununBaş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təlimininYüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi vətapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflıməlumat verilib.

“Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi HavaQüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiyavasitələri cəlb olunub.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev TürkiyəRespublikasının milli müdafiə naziri cənab Yaşar Güler, SilahlıQüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və MilliMüdafiə Universitetinin rektoru professor Erhan Afyoncu iləgörüşüb.

Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasındaqarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişafperspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluqvə qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdəəməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflıfikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələlərimüzakirə ediblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
22
34
az.trend.az

10Источники