Bakı. Trend:
Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlikvoleybolçuları arasında Şərqi Avropa Voleybol ZonalAssosiasiyasının (EEVZA) çempionatında Azərbaycanın qızlardan vəoğlanlardan ibarət komandaları uğurla çıxış edərək 1/4 finalavəsiqə qazanıblar.
Voleybol Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün start götürənturnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur.Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütüErmənistan komandasına 2:0 hesabı ilə qalib gələrək 1/4 finalavəsiqəni təmin edib.
İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə məğlubedən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyəyüksəlib. Sabah baş tutacaq 1/4 final oyunlarında voleybolçularımızev sahibləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üçpilləni tutan komandalar Avropa çempionatına vəsiqəqazanacaqlar.