RU

Trampdan İrana yaşıl işıq: ABŞ neft embarqosunu ləğv edir

  ABŞ prezidenti Donald Tramp İranın neft satışına qoyulan qadağaları faktiki olaraq yumşaldıb. O, “Truth Social” platformasında yaydığı açıqlamasında bildirib ki, Çin artıq İrandan neft ala bilər. “Ümid edirəm ki, onlar həm də ABŞ-dan neft alacaqlar. Bunu həyata keçirmək mənim üçün böyük şərəf oldu”, – deyə Tramp vurğulayıb.

Referans Haqqın.az-a istinadən xəbər verir ki, bu bəyanat İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvinə başlanıldığının göstəricisi kimi qiymətləndirilir.

ABŞ-la İran arasında nüvə razılaşmasının detalları hələlik tam razılaşdırılmasa da, Tehran artıq bəzi iqtisadi güzəştləri əldə etməyə başlayıb. Ən önəmlisi – Çin bundan sonra İrandan qorxmadan və sərbəst şəkildə neft ala biləcək.

Trampın Tehrana təklif etdiyi yeni sazişin konturları prinsipcə artıq aydındır.

Amerikanın Yaxın Şərqdəki müttəfiqlərindən 30 milyard dollar müqabilində uranın zənginləşdirilməsindən tam imtina və İranın xaricdə, o cümlədən Amerika banklarında yerləşən dondurulmuş aktivlərinin 6 milyard dollarının dondurulması və təbii ki, İrana qarşı ən ağrılı sanksiyaların tədricən, mərhələli şəkildə aradan qaldırılması.

 
Onun planına Fordo obyektinin bərpası da daxildir, lakin bu hələ tam aydın deyil: zənginləşdirmə olmadığı halda onu bərpa etməyin nə mənası var?

Bununla belə, Trampın addımları çox ehtiyatla atacağı bildirilir. Ağ Ev üçün əsas məsələ – İranda sanksiyaların faydasının kimə çatacağıdır: əgər islahatçı elitalar və Pəzəşkian–Ruhani komandası bu prosesdən güclənərsə, proses irəliləyəcək. Əks halda, bu güzəştlərin İslam İnqilabı Keşikçiləri Korpusunun (KSK) mövqeyini bərpa etməsinə xidmət etməsi nə Tramp, nə İsrail, nə də ABŞ-ın Yaxın Şərq müttəfiqləri üçün qəbulediləndir.

Bu proses nə qədər sürətlə və uğurla getsə, sanksiyaların ləğvi bir o qədər dinamik olacaq.
Əslində Tramp “İran cığırında” ip üstündə addımlamalıdır ; büdrəsə, yıxılacaq. Onun iranlı dialoq tərəfdaşlarının vəziyyəti bundan yaxşı deyil. Yeganə fərq ondadır ki, Amerika prezidenti səhv etsə, onu siyasi cəhətdən məhv etməyə çalışacaqlar. Əgər onun iranlı tərəfdaşları səhv etsə, hətta həyatlarını itirə bilərlər.  

  

Избранный
21
50
referans.az

10Источники