RU

Eçmiədzindən hərbi çevriliş mesajı: Acapaxyan piyada İrəvana getdi və saxlanıldı - FOTO

Hüquq-mühafizə orqanları Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana dəstək vermək üçün Ermənistan İstintaq Komitəsinin binası qarşısında toplaşan vətəndaşları saxlamağa başlayıb.

***

Ermənistan Baş naziri Nikol Paşinyan Eçmiədzin kafedralında baş verənlərlə bağlı açıqlama verib.

Hurriyyet.Az Bakupost.az-a istinadla bildirir ki, Erməni apostol kilsəsini (katolikos II Qaregin və komandasından) azad edəcəklərini bildirib.

*******

Şirak yeparxiyasının rəhbəri Mikayel Ajapaxyan vəkilləri ilə birlikdə İrəvanda Ermənistan İstintaq Komitəsinə ifadə vermək üçün piyada yola düşüb.

Hurriyyet.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Vətəndaşlar onun könüllü olaraq İstintaq Komitəsinin qarşısına çıxmasına imkan yaradıblar.

Arxiyepiskopun gəlişindən əvvəl İstintaq Komitəsinin girişi və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə çoxlu canlı qüvvə yerləşdirilib.

“Bu dəqiqələrdə İstintaq Komitəsinin əsas girişində çoxlu sayda qırmızı beretlilər toplaşır. Yüksək rütbəli polislər də xidməti maşınlarla ora yaxınlaşırlar. Çox güman ki, onlar Şirak yeparxiyasının rəhbəri ilə görüşə hazırlaşırlar”, - yerli KİV bildirib.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan silahlı çevrilişə çağırış edən arxiyepiskopun həbs olunacağını bəyan edib:

“Silahlı çevrilişə çağıran Ajapaxyan həbs olunacaq. Münaqişəyə, terrora can atan əclaflar məqsədlərinə çatmayacaqlar”. 

Избранный
14
1
hurriyyet.az

2Источники