Bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb.Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-a onların yaxınları məlumat verib. Bildirilib ki, OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi - red) üzvləri azərbaycanlıların evinə basqın edib.Nəticədə Z.Səfərov və H.Səfərov qardaşları döyülərək öldürülüb.Qeyd edək ki, öldürülən azərbaycanlılar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.