RU

Daha bir erməni arxiyepiskop həbs edildi

Xəbər verdiyimiz kimi, Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində cinayət işi başladıb.

“Qafqazinfo”nun Ermənistan mediasına istinadən məlumatına görə, Açapaxyan haqqında iki ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, onun başqaları ilə ünsiyyəti məhdudlaşdırılıb və yalnız yaxınları ilə əlaqə saxlamağa icazə verilib. Lakin onlar məhkəmə qərarının “qanunsuz” olduğunu deyərək apellyasiya şikayəti verəcəklərini söyləyiblər.

Xatırladaq ki, M. Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.

Избранный
26
4
demokrat.az

10Источники