RU

Daha bir erməni arxiyepiskop həbs edildi – VİDEO

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.
 

O, həmçinin terror aktı hazırlamaqda və kütləvi iğtişaşlara təhrik etməkdə ittiham olunur.


Bildirilib ki, onun başqaları ilə ünsiyyəti məhdudlaşdırılıb və yalnız yaxınları ilə əlaqə saxlamağa icazə verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətə həbs edilib. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.





Bizim.Media

Избранный
20
3
bizim.media

10Источники