RU

Pakistanda hərbçilərin kortejində partlayış törədildi - Ölənlər var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin hücumu nəticəsində azı 16 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli rəsmilərə və təhlükəsizlik qüvvələrinə istinadən yazıb. 

"Kamikadze partlayıcılarla dolu avtomobili əsgər karvanının üzərinə sürüb", - deyə rəsmi bildirib.

Bundan əvvəl 13 nəfərin öldüyü, 29 nəfərin yaralandığı bildirilirdi.

Ağarza Elçinoğlu 

Избранный
26
1
unikal.az

10Источники