BAKI, 28 iyun. TELEQRAF
Göyçay rayonunun Hacalıkənd kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.