RU

Deputat: Hadisəni törədənlər cəzalandırılmayacaqsa, bunun arxasında siyasi səbəblər axtarmaq olar

BAKI, 28 iyun. TELEQRAF

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törətdiyi əməllərdə cinayət kompanentləri var. Heç bir halda mümkün deyil ki, bir evdə yaşayan eyni ailənin üzvləri kollektiv şəkildə cinayət törətsin".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Deputat vurğulayıb ki, hazırda baş verən hadisələri Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirmək doğru olmaz:

"Burada mütləq Rusiyanın müxtəlif qurumlarının qəsdi var, zorakılıq hadisələri güc strukturlarının vəzifəli şəxsləri tərəfindən məqsədli törədilib. 25 il əvvəl baş vermiş cinayətlə bağlı birdən-birə əməliyyat aparılır, qeyri-hüquqi addımlar atılır. Bütün dünyada olduğu kimi, Rusiyada da cinayətkarları məhkəmə cəzalandırmalıdır. Heç bir halda sözügedən şəxslər öldürülə bilməz. İndiki məqamda baş verən prosesləri də Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirmək doğru çıxmaz. Əgər qarşı tərəf həmin şəxsləri cəzalandırmayacaqsa, o zaman bunun arxasında siyasi səbəblər axtarmaq olar".

Hikmət Məmmədovəlavə edib ki, Xarici İşlər Nazirliyinin bugünkü açıqlaması və Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıxun XİN-ə çağırılması nəticə verə bilər:

"Zorakılıqlar Rusiyanın siyasi iradəsindən kənar baş veribsə, hadisə iştirakçıları cəzalandırılacaq. Yox, bu, olmayacaqsa, FTX-nin əməliyyatının siyasi olduğu ortaya çıxacaq. Hər bir halda bu cür qəddarlığın baş verməsi qəbuledilməzdir. Vətəndaşlarımız cinayət törətsələr belə, qətl olayı heç bir məntiqə sığmır. Hadisə qətiyyətlə pislənildi və Azərbaycanın müvafiq orqanları qarşı tərəfdən cavab gözləyir".

Избранный
36
50
teleqraf.com

10Источники