RU

Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOsu

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb.

Kamera görüntülərindən görünür ki, gənc oğlan ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb.

Binəqədi rayon Biləcəri qəsəbəsində yaşayan 27 yaşlı Cümşüd Cümşüdlü evin tək oğlu olubmuş. Hadisə iyunun 26-sı baş verib. 

Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Milli.Az modern.az-a istinadən itkin düşən gəncin fotolarını təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
16
6
milli.az

10Источники