RU

Masallıda ağır qəza 1 ölü, 3 yaralı

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallının Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Vəliyevin idarə etdiyi “KİA Optima” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər - Masallı rayonunun Ərkivan qəsəbəsindən olan 1966-cı il təvəllüdlü Sevda Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
5
qafqazinfo.az

10Источники