RU

Bu ölkədə təyyarə qəzası oldu Ölən var

ain.az, Metbuat saytına istinadən bildirir.

Rusiya Federasiyasının Primorsk diyarında yüngül mühərrikli ZLIN-142 təyyarəsi qəzaya uğrayıb. Hadisə Novonejino kəndində, dövlət aviasiya aerodromunun yaxınlığında baş verib.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, Uzaq Şərq Nəqliyyat Prokurorluğunun verdiyi məlumata görə, qəza bu gün saat 09:45-də qeydə alınıb. Təyyarəni idarə edən 1969-cu il təvəllüdlü pilot hadisə yerində dünyasını dəyişib. Təyyarədə başqa sərnişin olmayıb.

İlkin araşdırmalara əsasən, mərhum təyyarəni pilotluq bacarıqlarını təkmilləşdirmək məqsədilə idarə edirmiş. Qəzanın tam səbəbləri isə hələlik açıqlanmır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
2
metbuat.az

3Источники