RU

Nazir Məcnun Məmmədov İtaliyada şərabçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub (FOTO)

Bakı. Trend:

İtaliyada işgüzar səfərdə olan kənd təsərrüfatı naziri MəcnunMəmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Lazio regionundayerləşən Məşhur “Castel DePaolis” şərab istehsalı müəssisəsininfəaliyyəti ilə tanış olub.

Trend xəbər verirki, nümayəndə heyəti şərabçılıq müəssisəsinin üzüm sahələrinə başçəkib, müasir istehsal texnologiyaları və keyfiyyətə nəzarətmexanizmləri ilə maraqlanıb.

Heyət üzvlərinə müəssisələrin fəaliyyət istiqamətləri, xammaltəchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumatverilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsaledildiyi barədə məlumat verilib.

Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənininkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilənyeniliklər, iki ölkənin biznes subyektləri arasında aqrar sahədətəcrübə mübadiləsi, ekoloji dayanıqlı istehsal və ixracpotensialının artırılması məsələləri müzakirə olunub. Tərəflərkiçik və orta həcmli şərab istehsalçılarının dəstəklənməsi vəbeynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsiistiqamətində fikir mübadiləsi aparııblar.

Nazir
Nazir
Nazir
Избранный
22
az.trend.az

1Источники