RU

Buhaqyar, Ardazişvili və Lkuça da “Kəpəz”dən getdilər

“Kəpəz” müqaviləsinin müddəti başa çatmış Trent Buhaqyar, Rati Ardazişvili və Kərim Lkuça ilə yollarını ayırmağa qərar verib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hər üç legioner komandanı tərk edib. Klub onlara xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb. Maltalı Buhaqyar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkuça isə 33 görüşdə 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Kəpəz” daha öncə kapitan Yeqor Xvalko ilə də yollarını ayırmışdı.

Избранный
31
arena.az

1Источники