RU

Erik Tramp ailəsinin siyasi sülalə qurmaq ehtimalını istisna etmir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp özünün və yaailəsinin digər üzvlərinin gələcəkdə siyasi sülalə formalaşdırmasıehtimalını istisna etməyib.

Trend-inməlumatına görə, hazırda "Trump Organization" şirkətinin icraçıvitse-prezidenti olan Erik Tramp bu barədə Financial Times qəzetinəverdiyi müsahibədə danışıb.

O bildirib ki, siyasətçilərin yarısı onu heyran etmir və özünündaha yaxşı nəticələr göstərə biləcəyinə inanır:
"Bunu zaman göstərəcək. Amma məndən başqaları da var", – deyə o,ailəsinin digər üzvlərinin də siyasətdə rol ala biləcəyinə işarəedib.

Bununla belə, Erik Tramp etiraf edib ki, yaxınlarını siyasisistemin “qəddarlığına” məruz qoymaq istəmədiyindən bu yoldairəliləmək qərarına tam əmin deyil.

Qeyd edək ki, Erik Tramp atası Donald Trampın prezidentliyidövründə və sonrakı illərdə də ailənin biznes və siyasifəaliyyətlərində fəal iştirak edib.

Избранный
30
2
az.trend.az

3Источники