Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kembric, 29 iyun, AZƏRTAC
Azərbaycan və türk dünyasının milli musiqi alətləri və musiqi mədəniyyəti ilə bağlı kitab artıq dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universitetinin əsas kitabxanasında yer alıb.
AZƏRTAC xəbər verir ki, bu dəyərli nəşr Kembric Universitetində magistratura təhsili alan azərbaycanlı tələbə Anar Ağayev tərəfindən kitabxanaya təqdim olunub.
Musiqi alətləri və onların tarixi-mədəni əhəmiyyətini əhatə edən bu kitab Azərbaycanın və ümumilikdə türk dünyasının mədəni irsinin öyrənilməsi baxımından beynəlxalq elmi ictimaiyyət üçün mühüm mənbə rolunu oynayacaq.
Bu təşəbbüs Azərbaycanın mədəni irsinin dünyada tanıdılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.