RU

Qrossi: İran uranın zənginləşdirilməsini bərpa edə bilər

BAKI, 29 iyun. TELEQRAF

“İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər”.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Amerikanın CBS televiziyasına müsahibəsində deyib.

MAQATE rəhbəri bildirib: "Aydındır ki, ciddi ziyan vurulub, amma bu, tam deyil. İranın potensialı var. Sənaye və texnoloji potensial. Əgər istəsələr, bu işə yenidən başlaya bilərlər. İslam Respublikası Fordo, Natanz və İsfahanda uranı emal etmək, çevirmək və zənginləşdirmək üçün müəyyən imkanlara malik olub və hələ də var”.

Избранный
25
5
teleqraf.com

10Источники