RU

 “Qəfil görmə problemləri beyin xərçəngini göstərə bilər”

“Beyin xərçənginin əsas təhlükəsi onun uzun müddət demək olar ki, asimptomatik inkişaf edə bilməsi və heç bir şəkildə özünü hiss etdirməməsidir”

Medianews.az xəbər verir ki, bunu onkoloq Yevgeni Çeremuşkin deyib.

Çeryomuşkin qeyd edib ki, beyində bədxassəli şişlərin inkişafı ilə insan cüzi fiziki və ya psixi gərginlikdən sonra da özünü yorğun hiss edə bilər, yaddaşı pisləşir, idrak qabiliyyəti azalır.

Həkimin fikrincə, xəstəliyin inkişafını göstərə biləcək digər xəbərdarlıq əlamətləri qəfil görmə problemləridir.

Çeryomuşkin əlavə edib ki, ilkin mərhələdə beyin xərçəngi də tez-tez başgicəllənmə və baş ağrılarına səbəb ola bilər. Bir qayda olaraq, ağrı simptomu fiziki gücdən, stressdən sonra baş verir və ya güclənir.

 

 

Избранный
322
40
medianews.az

10Источники