2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək "İmişli" klubu 7 futbolçu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Timilehin Oluwaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov ilə yollarını ayırıb. Bu futbolçular və klub arasında imzalanmış müqavilələr başa çatıb.
"İmişli" klubu futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.