RU

Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?


17 yaşından preparator, laborant, mühasib, icra başçısı işləyən və dövlətdən  konkret məbləğdə maaş alan Rövşən Bağırov dəyəri milyonlar olan sərvətə necə sahib olub ?

 

17 yaşından  dövlət  müəssisələrində PREPARATOR (?), laborant, mühasib, baş mühasib işləyən və 2007-ci ildə Ramiz Mehdiyevin “xeyir-duası” ilə Lerik boyda rayona icra başçısı təyin olunan Rövşən Bağırovun karyerasına nəzər salanda adam mat-məəttəl qalır.

Heç bir idarəetmə təcrübəsi olmayan bu şəxs Lerik boyda rayonu necə idarə edə bilərdi ?

15 il ( 2007-2021-ci illər ) Lerikin icra başçısı olan Rövşən Bağırov 5 ildir Ağsunun icra başçısıdır.

Bu qısa məlumatdan bəlli olur ki, Rövşən Bağırov  17 yaşından bu günədək müxtəlif dövlət müəssisələrində çalışıb və dövlətdən müəyyən məbləğdə əmək haqqı-maaş alıb və bu gün də alır.

Bəs onda Rövşən Bağırov dəyəri on  milyonlar olan əmlaka necə sahib olub ?

Bu yazıda məqsədimiz bu məsləyə aydınlıq gətirməkdir.

Qeyd edəcəklərimiz hamısı mediada ( “Modern.az” 16.01.2011, “İdeologiya” xəbər portalı, 20.09.2014, “XalqXeber” saytı, 08.01.2015, ”Qaynarxətt” RİM, 02.03.2015, “Rublika.az” saytı, 05.11.2015, “Günxəbər.Com saytı, 16.09.2015, “AFN News. Saytı, 11.09.2015, “Qaynarinfo” saytı, 25.01.2016, “Xəbərçi Tv” 29.01.2016, “7news.az” saytı, 23.01.2016, Xəbər.TV 10.02.2016 və sair) dərc olunan və Rövşən Bağırov tərəfindən təkzib olunmayan məlumatlardır.

Mediada dərc olunan məlumatlardan bəlli olur ki, əslində Lerikdə icra başçısı olduğu ( 2007-2021-ci illər) 15 ildə Rövşən Bağırov rayonun heç bir problemini həll etməyib və rayona özünün şəxsi biznes obyekti kimi baxıb.

Mediada yazılanlardan və təkzib olunmayan məlumatlardan təkcə birinə nəzər salaq:

Rövşən Bağırov rayonun təhsil sistemini korrupsiya girdabına düçar etmişdi.

Orta məktəb direktorlarının yana-yana mediaya dediklərini təqdim edirik: “Hətta, dövlətin dəftərxana ləvazimatları üçün hər  məktəbə ayırdığı 300 (üç yüz) manat vəsaitin də, 225 (iki yüz iyirmi beş) manatı nağd şəkildə geri alınır. Bunun 150 manatı Rövşən  Bağırova, 50 manatı təhsil şöbəsinin müdirinə çatırdı.

icra başçının göstərişi ilə rayonun bütün müəllimlərinin  maaşlarından 50 manat tutulurdu. .

Rayonun nadir ağaclara malik meşə massivləri qırılaraq Rövşən  Bağırovun himayə etdiyi şəxslər tərəfindən satış məqsədi ilə başqa yerlərə daşınırdı.

Əhaliyə verilən sosial yardımların 50%-i mənimsənilirdi.

Dövlətin fermer təssərrüfatlarına, kəndlilərə ayırdığı sübsidiyaların bir  hissəsi  icra başçısı  tərəfindən mənimsənilirdi.

Rövşən Bağırov rayonun Lənkərançay boyu meşə torpaqlarını qeyri-qanuni olaraq, öz qohumlarının adına özəlləşdirib  satırdı.

Biz hələ abadlıq  və quruculuq adı altında mənimsənilən milyonları demirik.

Mətbuatda Rövşən Bağırovun  Səbail rayonu  “Dostluq” parkı yaxınlığında tikdirdiyi və dəyəri milyonlar olan  villasından bəhs edilir.

Biz hələ  Eldar Mahmudovun Rövşən Bağırova himayədarlıq etməsindən bəhs etmirik.

Rövşən Bağırov eyni əməlləri 5 ildir Ağsu rayonunda daha pis formada davam etdirir.

İndi yazının girişində qoyduğumuz  sualın cavabı məlum oldumu ?

Yəni 17 yaşından hər ay konkret məbləğdə dövlətfən əmək haqqı alan Rövşən Bağırov hansı yolla on milyonlar dəyəri olan mülkə, sərvətə sahib olub.

İndi başqa suala keçək.

Əgər yuxarıda sadaladıqlarımızı adi media mənsubları araşdırıb ortaya qoya bilirsə, adı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi olan dövlət qurumu niyə Rövşən Bağırovun korrupsiya əməlləri barədə susmağa üstünlük verir ?

Növbəti yazıda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Bizi izləyin.


Избранный
4
16
nuh.az

10Источники