GÖYGÖL, 29 iyun. TELEQRAF
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Elvin Verdiyev və 2005-ci il təvəllüdlü Kənan Sofuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.