RU

MAQATE: 400 kiloqram zənginləşdirilmiş uran itib

MAQATE: 400 kiloqram zənginləşdirilmiş uran itib

400 kiloqramdan çox potensial zənginləşdirilmiş uran ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi aviazərbələrdən sonra gözdən itib.

AFN.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi “Fox News”a müsahibəsində danışıb.

“Bizim onun yeri barədə heç bir məlumatımız yoxdur. Bizim vəzifəmiz hər qram uranın hesabını aparmaqdır”, – deyə Qrossi bildirib.

O qeyd edib ki, MAQATE baş verənlərə aydınlıq gətirmək üçün təcili yoxlamaların aparılmasında israr edəcək.

Избранный
37
22
afn.az

10Источники