Misir vasitəçilərlə birlikdə Qəzzada 60 günlük atəşkəs üzərində işləyir..
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti Misirin xarici işlər naziri Bədr Əbdül Atanın bəyanatına istinadən məlumat yayıb.
XİN rəhbərinin sözlərinə görə, İsrailin hərbi əməliyyatları dayandırması və Qəzza zolağına humanitar və tibbi yardım gətirməsi müqabilində fələstinlilər bir sıra israilli girovları azad edəcəklər.
Ata təklif edib ki, bu addımlar daimi atəşkəsə nail olmağa kömək edəcək.
Poliqon.info