"Bavariya" klublararası dünya çempionatının 1/4 finalına vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, Almaniya nəhəngi 1/8 finalda Braziliyanın "Flamenqo" komandasını mübarizədən kənarlaşdırıb - 4:2.
"Bavariya" 1/4 finalda PSJ-yə rəqib olacaq.
Bundan öncə "Palmeyras" və "Çelsi"nin 1/4 finalda üzləşəcəyi məlum idi.
Klublararası dünya çempionatı, 1/8 final
"Flamenqo" - "Bavariya" 2:4
Cerson, 33; Jorjinyo, 54 (pen.) - Erik Pulqar, 6 (avtoqol), Harri Keyn, 10; 73; Leon Qoretska, 41