Klublararası dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində “Flamenqo” və “Bavariya” arasında keçirilən matç başa çatıb.
Tribunainfo.az xəbər verir ki, oyunu izləyən azarkeşlər 6 qolun şahidi olublar.
Rəqibinin qapısından 4 top keçirən Münhen klubu öz qapısında yalnız 2 qol görüb və növbəti mərhələyə adlayan tərəf olub – 4:2.
Qeyd edək ki, bunadək “Çelsi”, “Palmeyras” və PSJ də adını 1/4 finala yazıdırıblar.