RU

Qusarda avtoqəzada ağır xəsarət alan yeniyetmə reanimasiyadadır

"İyunun 27-də Qusar rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 yaşlı şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klinikanın mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, yaralıya beyin qanaması, bud sümüyünün sınığı diaqnozları təyin edilib.

"Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə o qeyd edib.

Xatırladaq ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus idarəetməni itirərək yol kənarına aşıb. Hadisə nəticəsində 5 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı xəsarət alıb.

Избранный
11
avtosfer.az

1Источники