Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İrəvana səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.
Bildirilib ki, Ermənistan XİN-də Kallasla ölkənin xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.
***
Mirzoyan Kallasla birgə mətbuat konfransı zamanı bildirib ki, Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığı müzakirə etməyə rəsmən başlayıb:
“Ermənistan və Aİ təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələri rəsmi olaraq başladıb”.

