RU

“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir

Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib.

“Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək”, – deyə rəsmi açıqlamada qeyd olunub.

***12:44

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

“Qafqazinfo”ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

Избранный
4
14
nocomment.az

10Источники