“Sabah” FK müdafiəçi Sofian Çakla ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.