RU

Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs vəfat edib.

Avtosfer.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində qeydə alınıb.

Bildirilib ki, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
29
50
avtosfer.az

10Источники