RU

Bakıda 50 min manat dəyərində naqil oğurlanıb

Nəsimi və Sabunçu rayonlarında oğurluq edən 4 şəxs saxlanılıb.

Bu barədəDaxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 28-də Nəsimi rayonu ərazisində yerləşən yaşayış kompleksindən 50 min manat dəyərində naqil oğurlanıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı T.Suanverdiyev müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlərlə 8000 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 26 yaşlı A.Kərimli və əvvəllər məhkum olunmuş 43 yaşlı Ş.Səfərov da saxlanılıblar.

Избранный
14
18
aznews.az

10Источники