RU

Paşinyan vətəndaşlığı olmayan şəxslərin siyasi fəaliyyətlərinə etiraz etdi

BAKI, 30 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan vətəndaşlığı olmayan şəxslərin siyasi fəaliyyətini tənzimləmək üçün qanunvericilik mexanizmlərinin tətbiqinin zəruriliyini bəyan edib.

Teleqraf xəbər verir ki, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bu qurumun yeni direktoru Andranik Simonyanı təqdim edərkən öz mövqeyini açıqlayıb.

“Ölkəmizdə elə hallar var ki, onlara daim dözürük və bunları dünyanın heç bir ölkəsində görmürük. Məsələn, Ermənistan vətəndaşlığı olmayan insanlar Ermənistan Respublikasında siyasi fəaliyyətlə məşğul ola, ən radikal fikirlər söyləyə bilərlər. Bizdə mexanizmlər olmalıdır, lazım gələrsə, qanunvericilikdə dəyişiklik edək, belə hallara reaksiya verməliyik”, - Paşinyan bildirib.

Избранный
20
50
teleqraf.com

10Источники