Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.
Təyyarənin Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi gözlənilir.
***14:05
Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.
Bu barədə “Report”un Rusiya bürosu məlumat verib.
Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.
Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.



10Источники
-
news24.azHüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb ( 18806116)
-
senzor.azZiyəddin və Hüseyn Səfərov qardaşları dəfn olundular ( 18806680)
-
yeniazerbaycan.comBaş direktor: Meyitləri müayinə etməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini bizə göndərdilər ( 18806638)
-
yeniazerbaycan.comEkspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur ( 18806632)
-
yeniazerbaycan.comZiyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb – ekspertiza rəyi ( 18806629)
-
azertag.azEkspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur ( 18806602)
-
operativmm.azEkspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən postravmatik və posthemoragik şokdur ( 18806572)
-
operativmm.azBaş direktor: Meyitləri müayinə etməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini bizə göndərdilər ( 18806494)
-
baku.wsYekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb, qabırğanın biri tapılmadı ( 18806353)
-
azertag.azEkspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən postravmatik və posthemoragik şokdur ( 18806350)