RU

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası oldu - FOTO

Bu il iyunun 26-29-da qeyri-iş günlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 60 minə yaxın sərnişin daşınıb.

Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1 249 reys həyata keçirilib, 27 510 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib. Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 3 144 reyslə 32 062 sərnişin daşınıb.

Biletlər BBAK-ın kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Sərnişinlərin rahat formada bölgələrə çatdırılması təmin olunub. Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Избранный
18
avtosfer.az

1Источники