RU

Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların nəşi vətənə gətirilib

BAKI, TurkicWorld

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların cənazəsi Bakıya gətirilib.

TurkicWorld xəbər verir ki, cənazələri daşıyan "Ural Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanına eniş edib.

Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Избранный
6
35
turkic.world

6Источники