"Atletiko Madrid" təcrübəli müdafiəçi Sesar Aspilikueta ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinən 36 yaşlı futbolçu azad agent statusu qazanıb.
Aspilikueta ötən mövsüm "Atletiko"nun heyətində 54 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Atletiko Madrid" İspaniya La Liqasının 2023/24 mövsümünü üçüncü pillədə tamamlayıb.